F-1.az xatırladır ki, texniki reqlamentdəki radikal dəyişikliklər üzündən maşınların minimal çəkisi bu il 742 kq-dan 795 kq-a qədər qaldırılmışdı. Amma Barselona testlərində məlum olmuşdu ki, yalnız Alfa Romeo komandası bu limitə sığışa bilib. Digər komandalar isə bu limiti aşıblar, ən ağır isə Red Bull maşını alınıb – 810 kq.
Reqlamentdə dəyişiklik etmək üçün 10 komandadan 8-nin razılığı kifayət idi və 9 komandanın razılığı alınıb, maraqlıdır ki, dəyişikliyin əleyhinə heç də Alfa Romeo çıxmayıb.
Deyilənlərə görə, komanda altlıqda qənaət edib, bunun da sayəsində altlıq nazik alınıb, amma düzlükdə belə nazik altlıq qraund effektin təsirindən asanlıqla kənarlarını içəriyə bükürmüş, ona görə də komanda ən az məsafə qət edib. İndi isə altlığı qalınlaşdırmaq və deməli, çəkini artırmaq lazımdır.
Son məlumata görə, FİA minimal çəkini cəmi 3 kq ağırlaşdıracaq.