Masinin yeni iş yeri məlum olub

Formula1-in keçmiş yarış direktoru Maykl Masi yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq. Onun növbəti iş yeri Karting Australia-dır.

F-1.az xatırladır ki, FİA-dakı vəzifəsini itirdikdən sonra vətəninə qayıdan Maykl Superkarlar Seriyası Komissiyasının müstəqil sədri olmuşdu. Gələn ilin ilk günündən etibarən isə Kartinq Australiya şirkətinin direktorlar şurasına rəhbərlik edəcək.

Kevin Deyvis, Karting Australia şirkətinin baş icraçı direktoru: “Mayklın regional və beynəlxalq səviyyədə avtoidmanda unikal təcrübəsi var. Biz şadıq ki, o, Karting Avstraliya İdarə Heyətinə qoşulmaq qərarına gəlib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*