Masi paddoka qayıdıb

Avstraliya Qran Prisi ərəfəsində son illərin ən çox müzakirə olunan şəxslərindən biri də doğma ölkəsində paddoka baş çəkib.

F-1.az xəbər verir ki, Maykl Masi Avstraliya Superkarlar Seriyası Komissiyasının Müstəqil Sədri kimi müvəqqəti olaraq F1 padokuna qayıdıb. Supercars yarışı həftəsonu ərzində baş tutan dəstək yarışlarından biridir və Masinin padokda görünməsi mediada böyük marağa səbəb olub.

Xatırladaq ki, avstraliyalı mütəxəssis 2021-ci ildə Əbu Dabi Qran Prisinin sonlarında verdiyi qərarlara görə yarış direktoru vəzifəsindən uzaqlaşdırılmışdı. Maykl bu vəzifəyə Çarli Vaytinqin ölümündən sonra gəlmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*