Maserati yeni maşının rəng çalarını göstərib

Maserati MSG Racing komandası Formula E çempionatının doqquzuncu mövsümü üçün heyətini açıqladıqdan sonra bu gün yeni maşının rəng çalarını göstərib.

F-1.az xəbər verir ki, mühəndislər yeni maşına Maserati Tipo Folgore Gen3 adını veriblər.

Şirkətin baş direktoru Davide Qrasso maşını Maserati brendinin vətəni Modenada təqdim edib. Yeni maşın ənənəvi mavi rəngə boyanıb,  üçdişli nizə maşının burnunu bəzəyir, bəzi detallar üçrəngli ölkə bayrağının xarakterik rənglərinə boyanıb.

“Burnunda üçdişli nizə olan ilk yarış avtomobilimiz 1926-cı ildə Targa Florio yarışında debüt edib və onun sükanı arxasında Alfyeri Mazerati öz sinfində birinci yeri qazanlb. Həmin maşının modeli Tipo 26 idi. Ona görə də 96 ildən sonra Maserati Tipo Folgore-nin üçdişli nizə ilə elektrik maşınların çempionatında yarışmağa hazırlaşması simvolidkir”, – deyə şirkətin yaydığı rəsmi press relizdə bildirilib.

Maşın gələn həftə Valensiyadakı Rikardo Tormo trasında baş tutacaq mövsümöncəsi testlərdə debüt edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*