Maserati komandası heyətini açıqlayıb

Maserati MSG Racing komandası FormulaE çempionatının 9-cu mövsümü üçün sürücü heyətini açıqlayıb.

F-1.az xəbər verir ki, gözlənildiyi kimi, Formula 1-ə keçən Nik de Frizi əvəz edəcək Maksimilian Günter isveçrəli Edoardo Mortaranın komanda yoldaşı olacaq.

Edoardo Mortara: “Mən dördüncü mövsümdə komandaya qoşuldum və illər keçdikcə bura mənim evimə çevrildi. Belə zəhmətkeş və istedadlı insanların komandasında əməkdaşlığı davam etdirməyə çox şadam.

Son beş mövsüm karyeramın ən yaxşılarından olub və mən üçüncü nəsil maşınlarla uğurumuzu artırmağı səbirsizliklə gözləyirəm. İsveçrə ilə yanaşı İtaliya vətəndaşlığım olduğu üçün beynəlxalq avtoidmana qayıtdıqdan sonra Maserati-ni təmsil etməkdən şərəf duyuram”.

Maksimilian Günter: “Doqquzuncu mövsümdən əvvəl Maserati MSG Racing və Edoardoya qoşulduğum üçün çox fəxr edirəm. Mən komandaya və onun əvvəlki mövsümlərdəki nailiyyətlərinə heyranam – onları trasda ötmək çox çətin idi və onlar vitse-çempion adına tam layiq idilər.

MSG Racing ilə əməkdaşlıqda Maserati brendinin çempionata qayıtmasında iştirak etmək böyük şərəfdir və mən onlarla birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*