Maserati idmana qayıdır?

Söz-söhbətlərə əsasən, Maserati 1969-cu ildən sonra Formula1-ə qayıtmağa hazırlaşır. İtaliyalı brend Haas komandasının titul sponsoru ola bilər.

F-1.az xəbər verir ki, Fiat Chrysler alyansınım rəhbəri Sercio Markionne Maserati-ni 60 ildən sonra Formula1-ə qaytarmaq istəyir. Resurslar xəbər verir ki, Maserati şirkəti Alfa Romeo-dan sonra Haas komandasının titul sponsoru kimi idmana qayıdan ikinci italyan şirkəti olacaq. Müqavilə baş tutsa, Haas komandası ilk dəfə böyük bir sponsorla yarışacaq. Maserati ilə müqavilənin illik gəliri 20 milyon avro olacaq və komandanın rəng çalarlarına da italyanlar qərar verəcəklər.

Bundan başqa Haas komandasına verilən Ferrari mühərriklərinin adı Maserati olacaq. Tərəflər bu barədə heç bir açıqlamalar verməsələr də, müqavilə imzalanacağı halda amerikan təmsilçisinin sürücü seçimində Ferrari söz sahibi olacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*