Marussia Virgin Racing komandası 2011-ci il mövsümü üçün hazırladığı yeni MVR-02 maşınını Londonda BBC-nin telestudiyasında təqdim edib. MVR-02 də sələfi kimi tamamilə hesablama aerodinamikası vasitələri (CFD) ilə hazırlanıb, amma onun adında komandanın səhmlərini almış Rusiyanın Marussia şirkətinin adı görünür…
Con But, komandanın başçısı: “Keçən il biz çətin, amma faydalı mövsüm keçirdik və mən fəxr edirəm ki, komanda bu çağırışı qəbul edə bildi. Biz şadıq ki, yeni mövsümdə Marussia Virgin Racing adı altında çıxış edəcəyik və Marussia şirkətinin etibarını doğrultmaq istəyirik.
Bu il bizim məqsədimiz inkişaf etmək və yaxşı nəticələr göstərməkdir. Sürücü heyətimiz əladır – Timo Qlok və Jerom D’Ambrozio. Keçən il Timo çətin şəraitdə öz işinin öhdəsindən əla gəldi, yeni maşının hazırlanmasında ciddi kömək etdi və onun bu mövsümdə çıxışı komandaya stabillik təmin edəcək. Timo qışda çoxlu məşq edib və əla formadadır.
Biz əminik ki, yeni mövsüm komandaya maraqlı və pozitiv təcrübə verəcək.”
Nik Uirt, komandanın texniki direktoru: “Biz çox şadıq ki, şassinin kompyuterlərdə hazırlanması metodumuzun yaşamasını sübut edə bildik. Amma komanda keçən mövsümdə çox şey öyrənməli oldu, biz çətin dərslər aldıq – bu təcrübə bizə yeni mövsümdə kömək olacaq.
CFD sisteminin məhsuldarlığına gəlincə, keçənilki maşından fərqli olaraq, yeni maşının bütün detalları kompyterdə sınaqdan keçirilib. Hesab edirik ki, bu il biz uğur qazanacayıq, çünki superkompyuterlərin verdiyi üstünlüyü hiss etməyə başlamışıq.
Əminəm ki, MVR-02-ni hazırlayarkən biz ciddi inkişaf etmişik: yeni maşının aerodinamik effektliyi çox yüksəkdir. Bundan başqa biz keyfiyyət baxımından da irəliləmişik. Mövsümün gedişində modernizə işləri üçün də yerimiz var.
Həmişə olduğu kimi, yeni maşının rəqabətədavamlılıq səviyyəsi mövsümün ilk yarışının sıralanma turunda müəyyən olunacaq. Biz ümid eidrik ki, yeni maşının Xeres trasındakı debütü də uğurlu olacaq.”
Komanda qərara alıb ki, yeni maşının test proqramı sürücülər arasında yarı bölünsün – Xeresdə ilk iki günü Timo Qlok, sonrakı iki günü isə Jerom D’Ambrozio işləyəcək…
Timo Qlok: “Bu gün komanda üçün xüsusi gündür, bizim çoxdan gözlədiyim an yetişib. Mən şadam ki, bizim komandanın ikinci maşınının da təqdimatında iştirak edirəm və Xeresdə onu yoxlamağı səbirsizliklə gözləyirəm.
Yeni Pirelli təkərlərinə keçid maraqlı çağırışdır, biz keçən il Abu Dabidə və bu il Valensiyada başladığımız proqramı davam etdirəcəyik. Mən növbəti testlərin başlamasını gözləyirəm, ümid edirəm ki, yeni mövsüm komanda üçün pozitiv olub.”
Jerom D’Ambrozio: “Mən çox həyəcanlıyam – birinci dəfə çıxış edəcəyim Formula1 maşınını görürəm, bu fantastikadır. Bu gün həqiqətən xüsusi gündür və səbirsizliklə sükan arxasına oturmaq imkanını gözləyirəm.
Komanda böyük iş görüb, indi biz bu maşının qabiliyyətini başa düşməliyik. Qışda mən çoxlu məşq etmişəm, yaxşı fiziki və psixoloji formadaym – mən yarışlara hazıram.”