Bir neçə dəqiqə əvvəl Marussia komandasının rəsmi saytında komandanın sürücüsü Timo Qlokla birgə bəyanatı yayılıb – gecəyarı eşitdiyimiz xəbərlər təsdiqini tapıb.
Timo Qlok Toyota şirkəti 2009-cu ildə çempionatı tərk edərkən Marussia komandasına keçmişdi. Onun komanda ilə cari müqaviləsi 2014-cü ilin sonunadək əməkdaşlığı nəzərdə tuturdu. Amma hər iki tərəfin razılığı əsasında müqavilə pozulub…
Con But, komandanın başçısı: “Son üç ildə Timo komandanın inkişafına böyük töhfə verib. Timo əla sürücüdür və komandada çox sevimli idi.
Amma çətin iqtisadi şərait, maliyyə çatışmazlığı bizim idmana müəyyən təsirlərini göstərir və bu şəraitdə mübarizə aparmaq çox çətin olur. Biz öz gələcəyimizi təmin etmək məqsədilə müəyyəna ddınlar atmalıyıq. Ona görə də Timo ilə yollarımızı ayırmaq qərarına gəlmişik.
Biz Timo komandanın inkişafına sərf etdiyi işinə görə təşəkkür etmək istəyirik. Biz ona gələcək karyerasında uğurlar arzulayırıq.
Komandanın heyəti barədə bizim bəyanat vaxtı gələndə veriləcək…”
Timo Qlok: “Mən Marussia-da 3 gözəl mövsüm keçirdim və bu müddət ərzində komandanın qurulmasında, yeni maşının hazırlanmasında fəla iştirak etdim. Mən komandaya gələcək fəaliyyətində uğurlar arzulayıram. Hərçənd, karyeramda belə dönüşü heç özüm də gözləmirdim, amma buna çox şadam və ümid edirəm ki, tezliklə öz qərarımı şərh edəcəm.”