Marussia-nın ikinci sürücüsü L.Razia olacaq?

Braziliyanın TotalRace qəzeti bu gün məlumat yayıb ki, Marussia komandasının 2013-cü ildə ikinci sürücüsü Luis Razia olacaq. Təsdiq olunmamış məlumaat […]

Braziliyanın TotalRace qəzeti bu gün məlumat yayıb ki, Marussia komandasının 2013-cü ildə ikinci sürücüsü Luis Razia olacaq. Təsdiq olunmamış məlumaat görə, GP2 seriyasının 23 yaşlı vitse-çempionu Rusiya komandası ilə müqavilə imzalayıb və Maks Çiltona komanda yoldaşlığı edəcək.

Razia son üç ildə GP2 seriyasında Rapax, Caterham və Arden komanadalrında çıxış edib, keçən mövsümdə 4 qələbə, 9 podium qazanaraq çempiontda ikinci yeri tutub.

Bundan başqa, Luis Virgin (indiki Marussia), Team Lotus (indiki Caterham) və Toro Rosso komandalarının testlərinə cəlb olunub, 2011-ci ildə Team Lotus-un ehtiyat sürücüsü olub və iki dəfə (Çin və Braziliyada) cümə sərbəst yürüşlərində protokollara düşüb…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*