2012-ci ilin mövsümündə reqlamentində olan dəyişikliklər arasında FİA-nın bütün məcburi krəş-testlərini keçmədən trasda işləməyə qadağanın qoyulmasıdır. Hələ keçən ilin sonunda hamı deyirdi ki, kiçik komandalara bu prosedur çox çətin başa gələcək, axı onlar mövsümlərarası fasilədə sərt pressinq altında işləyirlər.
Təcrübəli komandalar probleml yaşamayıblar, amam son illərin debütantı olmuş üç komandadan yalnız Caterham komandası hər şeyi vaxtında edə bilib, Hispania və Marussia komandaları isə əvvəlki testlərdə keçənilki maşınla işləyiblər və sonuncu testlərə yeni maşınlarla gəlməyi planlaşdırmışdılar. Hispania komandası ikinci cəhdindən krəş-testi keçib və indi maşını sonuncu testlərə hazırlayır.
Marussia komandası da eyni addımı atmaq istəyirdi, amma yeni şassi 18 krəş-testdən yalnız birini keçə bilməyib, ona görə də MR01-in debütü təxirə salınıb. Komanda bu həftə Barselonaya gəlməyəcək və cari problemin həlli ilə məşğul olacaq.