Marussia F1 Team – MR03 (video)

Bu il Marussia komandasl yeni maşınını mövsümöncəsi testlərin ilk gününə hazırlayıb çatdıra bilməyib – MR03 yalnız testlərin ikinci günü trasa […]

Bu il Marussia komandasl yeni maşınını mövsümöncəsi testlərin ilk gününə hazırlayıb çatdıra bilməyib – MR03 yalnız testlərin ikinci günü trasa çatdırılıb və jurnalistlərə testlərin üçüncü günü göstərilib. Komanda isə yeni MR03 barədə relizləri jurnalistlərə yayıb.

Bu il komanda heyətini saxlayıb – sükan araxsında yenə də Jül Byanki və Maks Çilton yarışacaqlar, amma komanda motor və ötürmələr qutusunun təchizatçısını dəyişib və Ferrari ilə müqavilə imzalayıb…

mr03-2
Con But, komandanın başçısı: “Son iki ildə etdiyimiz uğurlarımız göstərir ki, Marussia komandasında gənc, amma istedadlı mühəndislər qrupu işləyir, onlar komandanın inkişafına ciddi tohfə verməyə hazırdırlar. Yeni reqlament çərçivəsində yeni maşını vaxtında hazırlamaq ciddi iş idi, amma biz bunu bacardıq və qarşıdakı mövsümdə Mühəndislər Kubokunda daha yaxşı mövqe qazanmağa çalışacayıq.

Mən Ferrari ilə əməkdaşlığı müsbət qiymətləndirirəm. Peşəkar mühəndislər bizi keçən ildən dəstəkləyirdilər və bizim mühəndislərlə bütün sahələrdə effektiv əməkdaşlıq ediblər, ona görə də yeni güc qurğusu çox asanlıqla bizim yeni şassiyə inteqrə olundu.

mr03-3
Biz eyni zamanda McLaren Applied Technologies şirkətinə də minnətdarlıq edirik. Azarkeşləri isə çox maraqlı mövsüm gözləyir. İndi əsas məsələ maksimum etibarlılıq əldə etməkdir, çünki biz hələ yeni sistemlərlə tam tanış deyilik.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*