Martini-nin Williams-dan maraqlı tələbi

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, komandanın titul sponsoru Martini gənc sürücü Ləns Strollun yanına yaşlı bir sürücü istəyib.

F-1.az xatırladır ki, Bottas Mercedes-ə transfer olunduqdan sonra Williams 2016-cı ilin sonunda təqaüdə çıxmış Massanı geri qaytarmışdı. Həmin dövrlər çıxan şayiələrə əsasən, Martini-nin debütant Strollun yanına yaşlı sürücü istədiyi deyilmişdi.

Kler Uilyams: “Debütant Lənsin yanına daha təcrübəli sürücü gətirməli idik. Sponsorumuz Martini ilə xüsusi müqaviləmiz var idi. Bizim üçün ən böyük problem isə hazırkı sürücülərin 25 yaşı keçməməsi idi. Bu da o demək idi ki, bizim üçün çətin dövr başlayırdı. Bunu hər mövsümün sonunda yaşaya bilərsiniz, amma budəfəki fərqli idi.

Rosberq istefa verdikdən sonra Toto ilə telefonda danışdıq. Həmin dövrdə Ləns və Valtteri ilə müqaviləmiz var idi. Amma Nikonun istefası bizi çətin vəziyyətdə qoydu. Sonrasını da bilirsiniz.

Valtteri istedadlı sürücüdür və onu gələcəyin Dünya Çempionu kimi görürlər. Mercedes-də necə çıxış edəcəyini görmək üçün səbirsizlənirəm. O, bizim komandanın qəlbini qazanıb. Ona daha güclü bolid vermək istəyərdik, amma Mercedes-də bu fürsətə sahıb olacağı üçün xoşbəxtik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*