Martin titula namizədləri qabaqlayıb

Bu gün MotoGP çempionatında mövsümün 18-ci yarışı ərəfəsində Asvtraliya Qran Prisinin sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, mövsümün ənənəsi üzrə yenə də Ducati texnikasında olan sürücülər üstünlük qazanıblar. Bu dəfə poul törəmə Pramac komandasından Xorxe Martinə nəsib olub.

Honda-dan 6 qat dünya çempionu Mark Markes hiyləyə əl atıb və bütün sessiyanı Ducati-nin zavod komandasının titula namizəd olan sürücüsü Françesko Banyayanın arxasında keçirib. Banyayanın slip strimi sayəsində ispaniyalı sürücü poula namizəd idi, amma italiyalı sürücü son sektorda yavaşladığı üçün Mark 0.013 saniyə fərqlə poulu əldən verib. İlk cərgəni isə Banyaya tamamlayıb.

Titula digər namizəd Aprilia-dan Aleş Esparqaro bu dəfə 4-cü nəticə göstərib və mövsümün lideri Yamaha-dan Fabio Kuartararonu qabaqlayıb. İkinci cərgəni Pramac-dan Joan Zarko tamamlayıb.

Titula digər namizəd Gresini-dən Enea Bastyanini bu dəfə ilk sessiyada mübarizəni dayandırmalı olub və sabah 13-cü yerdən start alacaq.

Sabah yarış Bakı vaxtı ilə səhər saat 7-də başlayacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*