Martin ilk sprint qələbəsini qazanıb

Fransanın əfsanəvi Le Man trasında motosikletçilərin MotoGP dünya çempionatının 5-ci mərhələsi davam edir - bu gün sürücülər qısa (sprint) yarışda güclərini sınayıblar.

F-1.az xəbər verir ki, Bugatti-nin zavod trası sayılan avtodromda pouldan yarışa başlayan sonuncu dünya çempionu Françesko Banyaya ilk döngələrdə mövqeyini qoruyub və peletondan uzaqlaşmağa başlayıb. Onun arxasında isə gərgin mübarizə başlayıb.

İkinci yerdən start almış Honda-nın sürücüsü Mark Markes əvvəlcə mövqeyini qorusa da, bir neçə döngədən sonra onu Cək Miller və Luka Marini, daha sonra isə 5-ci yerdən start almış Xorxe Martin keçiblər. Xorxe bununla kifayətlənməyib və növbəti dövrədə qarşısındakı iki sürücünü də arxada qoyaraq Pekko ilə fərqi qapatmağa başlayıb.

Ducati-nin zavod sürücüsünün maşınının təkərlər ilk dövrədə yaxşı işləsələr də, sonra italiyalı sürücü bir müddət problem yaşayıb və 4-cü dövrədə Ducati-nin törəmə Pramac komandasının sürücüsü Xorxe irəli çıxıb.

KTM-in avstraliyalı sürücüsü Cək Miller yenə də yarışı çınqıllıqda başa vurub, Markes Marinini arxada qoyaraq Banyaya hücumlar etməyə başlayıb. Bu zaman 10-cu yerdən start almış KTM-in digər sürücüsü Brəd Binder də bu cütlüyə yaxınlaşıb.

Əfsanəvi Dunlop döngəsində Pekko Markın növbəti hücumunu dəf edərkən, Binder onların hər ikisini arxada qoyub. Daha sonra isə Mark da hücumunu sona çatdırıb.

Öndə Xorxe tezliklə Brəd üzərində üstünlüyünü 2 saniyəyə çatdırıb, elə KTM sürücüsü də podiumun son pilləsi uğrunda mübarizə aparan sürücülər qrupu üzərində 2 saniyəlik üstünlük qurub.

Amma qısa yarışın sonuna doğru Pekkonun baykın təkərlər işləmyə başlayıb və italiyalı sürücü Markesi keçərək KTM sürücüsü ilə fərqi sürətlə azaltmağa başlayıb. Daha sonra Markesi Ducati-nin digər törəmə komandası VR46-nın sürücüsü Luka Marini də arxada qoyub.

Arxada qalan 4 sprint yarışını yalnız Pekko və Brəd qazanmışdılar, bu gün Xorxe ilk belə qələbəsinə sevinib. Brəd və Pekko isə ilk üçlüyü tamamlayıblar.

Sabah əsas yarışla həftəsonuna yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*