Martin 2-ci test günündə protokollara başçılıq edib

Pramac komandasının ispaniyalı sürücüsü bir gün əvvəl Marko Bezzekkinin göstərdiyi nəticəni yaxşılaşdıra bilməsə də, bu gün Sepanqda rəqibləri üçün əlçatmaz olub.

F-1.az xəbər verir ki, hava şəraiti səhər tezdən sürücülərin işinə mane olub: daha doğrusu, gecə yağan yağış testlərin startına qədər kəssə də, tras gec quruyub və yalnız iki saatdan sonra sürücülər hücum etməyə başlayıblar.

Fabio Kuartararo 120 saniyəlik həddi aşan ilk sürücü olub – Yamaha yeni baykda asfaltayatma qüvvəsini artırmaq üçün yeni aerodinamik elementlər hazırlayıb.

Yalnız testlərin 4-cü saatında Xorxe Martin 1:58.736 zaman nəticəsi ilə önə keçib və az sonra yenidən Sepanq üzərində yağış yağmağa başlayıb. Sessiyanın lideri yaş porebrik üzərində müvazinətini itirib və yıxılıb, lakin onun nəticəsi günün sonuna qədər ən yaxşı qalıb.

Yalnız günün sonunda asfalt yenidən qurumağa başlayıb və sessiyanın bitməsinə on dəqiqə qalmış Aprelia-nın yeni sürücüsü Miqel Oliveyra günün ikinci nəticəsini göstərib – 1:58.839.

İlk üçlüyü isə GasGas Tech3 komandasından Pol Esparqaro tamamlayıb.

Kuartararo günü dördüncü yerdə başa vurub və sonuncu dünya çempionu Françesko Banyayanı qabaqlayıb.

Digər markalardan fərqli olaraq, Honda yenə də sürət üzərində işləməyib və Mark Markes günü yalnız 13-cü yerdə başa vurub – ispaniyalı sürürücü ən yazşı nəticəsində liderə 0.714 saniyə uduzub.

Çətin və dəyişkən hava şəraitinə baxmayaraq, şənbə günü ciddi problemsiz keçib, amma sürücülər bir neçə dəfə baykdan yıxılıblar.

Sepanq testləri bazar günü başa çatacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*