F-1.az xəbər verir ki, reversiv starta görə pouldan start alan Franko Kolapinto ilk döngədə liderliyini qoruya bilib. Üçüncü yerdən start alan Kayo Kollet isə Xose Mariya Martini üstələyib.
İlk dövrənin döngələrində sürücülər mövqe uğrunda sıx mübarizə aparsalar da, qəza qeydə alınmayıb, amma 2-ci dövrədə 5-ci döngədə Rafael Villaqomes Qabriel Bortoleto ilə təmasdan sonra divarlarda mübarizəni dayandırıb. Təhlükəsizlik Maşını trasa daxil olub.
Yarış canlanan kimi Marti ilk döngədə Kolleti qabaqlayaraq itirdiyi mövqeni geri qaytarıb. Bundan sonra ispaniyalı sürücü liderə hücumlar təşkil etməyə başlayıb.
İkinci dəfə trasa daxil olan TM meydanı tərk edən kimi Xose start düzlüyünün sonunda hücumunu reallaşdırıb və liderliyə yüksəlib. Franko bir neçə dövrə rəqibinin DRS məsafəsində qalsa da, ispaniyalı sürücü inamla öndə qala bilib və mövsümün ilk yarışını qələbə ilə başa vurub.
Podiumun altında İspaniyanın Campos komandasının sürücüsünü Fernando Alonso qələbə münasibətilə tamamlayıb. Podiumu Niderlandın məşhur Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının yeni sürücüsü Franko Kolapinto və MP MotorSport-dan bu il Niderlandın digər komandası Van Amersfoort Racing komandasına keçmiş Kayo Kollet tamamlayıblar.
Sabah Bakı vaxtı ilə saat 12:50-də baş tutacaq əsas yarışla Bəhreyn həfəsonuna yekun vurulacaq…