Marti Monakoda sprint qələbə qazanıb

Bu gün Monakoda gənc sürücülərin Formula 3 çempionatında mövsümün 3-cü mərhələsi çərçivəsində sprint yarış baş tutub.

F-1.az xəbər verir ki, dünən sıralanma turunda 12-ci olan Qrequar Sosi bu gün qısa yarışa ilk yerdən başlamalı idi – amma ART GP komandasının sürücüsü sarı bayraqlar altında sürətini azaltmadığı üçün +3 yer cəzası alıb və nəticədə pouldan Campos komandasının sürücüsü Xose Mariya Marti yarışa başlayıb.

Startda ilk Marti və Trident komandasından Leonardo Fornaroli mövqelərini qorusalar da Sosi Teylor Barnardı qabaqlayaraq bir yer qazanıb.

Qeyd edək ki, Monako trasında ötmə çox çətin olub, xüsusən də ilk onluqda – yalnız restart zamanı Barnard daha bir yer itirib: bu dəfə onu Niderlandın istehsal etdiyi KROON Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Franko Kolapinto üstələyib.

Finişə qədər heç bir yerdəyişmə olmayıb və Marti mövsümün ilk sprint qələbəsinə daha birini əlavə edib. Podiumu isə Fornaroli və Sosi tamamlayıblar.

Mövsümün lideri Qavriel Bortoleto bu dəfə 6-cı olub və çempionatda liderliyini qoruyub saxlayıb.

Sabah səhər əsas yarışla mərhələyə yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*