Marti Barselonada poul qazanıb

Campos komandasının pilotu Xose Mariya Marti Barselonadakı Formula3 ev yarışının sıralanma turunda ən sürətli nəticəyə imza atıb.

F-1.az xəbər verir ki, Teylor Barnard bazar günü yarışa onunla birinci cərgədən başlayacaq.

Təsnifatdan əvvəl buludlar trasın üstünə yığılmağa başlayıb, buna görə də sürücülər ilk cəhdə tələsiblər. Təkərləri qızdırmaq üçün iki dövrə lazım oldu, bundan sonra sürətli cəhdlər başladı.

Hunter Yini ən sürətli vaxtı təyin edən birinci oldu, lakin bir neçə saniyədən sonra on sürücü eyni anda onun nəticəsini üstələyib. Birincilik uğrunda mübarizə Fornaroli, Kolapinto, Sosi, Beqanoviç və 1:28.369 saniyə ilə ilk cəhd əsasında liderliyini qoruyan Pol Aron arasında olub. Onun Fornaroli üzərindəki üstünlüyü 0.1 saniyə olub.

Fərdi sıralamada birinci və ikinci yeri tutan Qabriel Bortoleto və Qabriele Mini öz cəhdlərində səhvə yol veriblər və ilk cəhdi müvafiq olaraq onuncu və on birinci yerdə başa vurublar.

Sessiyanın bitməsinə on səkkiz dəqiqə qalmış sürücülər ikinci cəhd üçün geri qayıdıblar. Ssenari təkrarlanıb – əvvəlcə iki isinmə dövrəsi, sonra sürətli dövrələr. Franko Kolapinto bir müddət protokola başçılıq edib, lakin Aron, Marti, Montoya və Barnard onun nəticəsini yaxşılaşdırıblar. Cəhdin nəticələrinə görə, Marti lider olaraq qalıb – 1:28.010. Bortoleto 7-ci yerə yüksəlib, Mini isə 14-cü yerə geriləyib.

Təsnifatın vaxtının bitməsinə səkkiz dəqiqə qalmış idmançılar həlledici sürətli dövrələrə yollanıblar. Marti nəticəsini yaxşılaşdırıb (1:27.587), ikinci yer üçün Beqanoviç, Kolapinto və Barnard arasında mübarizə gedib. Nəticədə Jenzer komandasının sürücüsü sıralanma turunun nəticələrinə görə ikinci olub.

Çempionatın lideri Bortoleto altıncı, Mini isə on səkkizinci yeri tutub.

Şənbə günü, reversiv start qaydasına əsasən, ilk on iki yeri tutan sürücülər tərs qaydada yarışa başlayırlar. Beləliklə, Zak O’Sallivan sabah yarışa pouldan başlayacaq. Lyuk Brauninq onunla yanaşı ön sıradan başlayacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*