F-1.az xəbər verir ki, cümə günü qazandığı poul sayəsində ilk yerdən yarışa başlayan Xose Mariya Marti ilk döngəyə öndə daxil ola bilib – Teylor Barnard ispaniyalı sürücüyə aktiv hücumlar etsə də, irəli çıxa bilməyib.
Mövsümün lideri Qabriel Bortoleto Pol Aronu qabaqlayaraq 5-ci yerə yüksəlib. Arxada isə Lyuk Brauninqlə Leonardo Fornarolinin toqquşması Təhlükəsizlik Maşınının trasa girməsinə səbəb olub.
Restartdan sonra Marti peletondan uzaqlaşmağa başlayıb. 11-ci dövrədə Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Franko Kolapinto Barnardı keçərək 2-ci yerə yüksəlib. Növbəti dövrədə Teylor start düzlüyündə Dino Beqanoviçi də irəli buraxıb. 17-ci döngədə isə Barnard daha iki yer itirib – bu dəfə Bortoleto onu 1-ci döngədə, Mari Boya isə 5-ci döngədə üstələyiblər.
Daha sonra isə Sebastyan Montoya və Zak O Sallivan da Teyloru arxada qoyublar.
İlk onluğun sonunda sürücülər aktiv ötmələr ediblər, mövqe dəyişiblər. Düzdür, bəzən qayda pozuntularına da yol evriblər. Ona görə də stüardlar bir neçə sürücüyə +5 saniyəlik cərimələr təyin ediblər.
Marti isə inamlı qələbə qazanıb və finişdə Kolapintonu 4 saniyədən çox qabaqlayıb. Dino isə liderə 10 saniyədən çox uduzb. Bortoleto finişd 4-cü olsa da, çempionatda liderliyini möhkəmlədib.
Növbəti dəfə çempionat iştirakçıları iyulun ilk günlərindən Avstriyada bir araya gələcəklər.