Ona görə də arxada qalan 7 yarışda 6 qələbə qazanan Ceymi Çədvik çempionatda ardıcıl 3-cü titulunu qazanıb.
F-1.az xəbər verir ki, bugünkü sıralanma turu isə yağış altında baş tutub və sessiyanın ortasında qırmızı bayraqlarla yarımçıq dayandırılıb.
Sessiyaya restart verilsə də, güclənən yağış nəticələri yaxşılaşdırmağa imkan verməyib və CortDAO komandasının sürücüsü Marta Qarsia karyerasında ikinci poulunu bayram edib.
Sabah mövsümün son yarışında onunla ilk cərgəni Sirin komandasından Beytske Visser bölüşəcək.
Çempionatın indiyə qədər baş tutan bütün 3 mövsümünün qalibi Ceymi Çədvik sabah yarışa 8-ci yerdən başlayacaq, amma qələbəyə də əsas namizəd britaniyalı sürücü sayılır…