Finlandiyanın Turun Sanomat qəzetinin jurnalisti Heykki Kulta təsdiq edib ki, bu gün Kimi Rəykkönen zəhərlənib. Amma Lotus sürücüsü Barselonadadır, bu gün səhər qardaşı Rami və onun oğulları – Titus və Yustusla trasa da gəlibmiş.
Kiminin fiziki hazırlıq üzrə məşqçisi Mark Arnell Turun Sanomat-a bildirib ki, “Kimi səhər mədəsindən şikayətləndi, mədə pozuntusu var, bu gün sükan arxasında otura bilməyəcək, amma ümid edirəm ki, sabaha qədər sağalacaq.”
Biz artıq xəbər vermişdik ki, Kiminin gözlənilməz xəstəliyindən sonra bu gün onu komandanın test sürücüsü Davide Valsekki əvəz edəcək, nahardan sonra isə test proqramını başa vuraraq trası tərk etmiş Roman Qrojan Braselonaya qayıtmalıdır…