F-1.az xəbər verir ki, meksikalı sürücünün komandadakı gələcəyinin təmin olunmadığı barədə çoxdan gəzən söz-söhbətlər şiddətlənib və bundan sonra komanda gözlənilmədən Daniel Rikkardo ilə üçüncü pilot müqaviləsi imzalayıb.
ServusTV-nin efirində Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Marko deyib ki, Rikkardonu heç də Peresə təzyiq etmək üçün dəvət etməyiblər…
Helmut Marko: “Peres sübut etdi ki, o, ən yüksək səviyyədə çıxış edir və əgər Maks nədənsə mübarizəni tərk edərsə, Serxio onu əvəz edə bilər.
Biz Serxioya təzyiq etmək istəmirik, amma sürücülərdən birinin əvəzləyiciyə ehtiyacı olarsa, bildiyiniz kimi, artıq maşını finiş xəttinə çatdırmağı bacaran sürücüümüz var.
Düşünürəm ki, biz istənilən komandanın ən böyük sponsorluq gəlirinə sahibik və buna görə də inanılmaz miqdarda öhdəlik götürürük. Biz bir çox tədbirlərə ev sahibliyi edirik, o cümlədən Amerikada və onların öhdəsindən öz təbəssümü və cazibəsi ilə Rikkardodan daha yaxşı kim gələ bilər?”