F-1.az xəbər verir ki, AlphaTauri bu yaxınlarda təsdiqləyib ki, gələn il komanda rəhbəri Frants Tost Ferrari ilə aktiv müqaviləsi olan Loran Mekislə əvəzlənəcək.
Deyilənlərə görə, skuderiya belə bir yerdəyişməyə hazır olmayıb və bir müddət düşündükdən sonra maraqlı mübadilə təklif ediblər – biz Mekisi buraxacağıq, siz isə üç yüksəkrütbəli Red Bull mühəndisini buraxacaqsınız. Onlardan biri Ədrian Nyuinin sağ əli, məşhur aerodinamika mütəxəssisi Pyer Vaşedir.
Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Marko şayiələrlə bağlı deyib ki, Vaşe komandanı tərk etmək fikrində deyil…
Helmut Marko: “Biz hamımız Ferrari-nin rəqabətədavamlı olmasını istəyirik. Amma bunun nəyin bahasına olursa olsun etmək düzgün deyil. Bundan əlavə, Vaşe getməyə hazırlaşmır – şərtlərin təfərrüatını açıqlamayacağam”..