Marko Peresin komandada qalması şərtlərini açıqlayıb

Serxio Peresin Red Bull-la müqaviləsi bu ilin sonunda başa çatır - şirkətin avtoidman məsləhətçisi Helmut Marko meksikalı sürücünün komandada qalması üçün zəruri şərtləri açıqlayıb.

F-1.az-in məlumatına görə, Helmut Marko xatırladıb ki, Peresdən başqa çempion komanda Daniel Rikkardo və Yuki Tsunodanın namizədliyini nəzərdən keçirməyə hazırdır, Aleks Əlbon və Karlos Sayns ilə əməkdaşlıq isə planlaşdırılmır.

Helmut Marko: “Serxio tam komanda oyunçusudur, lakin o, ardıcıl olaraq, mütəmadi yaxşı nəticə göstərməlidir. Aydındır ki, o, həmişə Maks Ferstappenin səviyyəsində çıxış edə bilməyəcək, lakin mövsümün sonunda ikinci yeri tutsa və bir neçə qələbə qazansa, o zaman müqavilənin 2025-ci ilə qədər uzadılması problem yaratmayacaq.

Daniel və Yuki üçün qarşıdan gələn mövsüm təkcə Formula1-dəki yerlərini qorumaqla bağlı olmayacaq, həm də Red Bull-a keçmək imkanları ilə bağlı olacaq. Bu şans mövsüm boyu komandada açıq-aşkar üstünlük təşkil edəcək sürücüyə veriləcək.

Aleks Əlbon? Biz onu nəzərdən keçirmirik, çünki onun artıq 2025-ci il üçün müqaviləsi var. Karlos Saynsa gəlincə, o, yəqin ki, biz planlarımıza qərar verməmişdən əvvəl gələcəyi ilə bağlı qərar vermək istəyir. Biz yay fasiləsindən sonra seçim edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*