Marko: İki yaşlı sürücü Maksı əsəbləşdirə bilər

Red Bull komandasının idman məsləhətçisi dünənki yarışdan sonra nəticələrə ironik bir yanaşma edib.

F-1.az xəbər verir ki, Helmur Blick-ə müsahibəsində deyib ki, Fernando Alonso və Lyuis Həmiltonun timsalında artıq yaşlı sayıla biləcək sürücülərin üstün performansına diqqət çəkib və qeyd edib ki, gənc sürücülər onlara baxaraq utanmalıdırlar.

Helmut Marko: “Müəyyən məqamlarda gənclər utanmalıdırlar. İki məşhur pilot, Fernando Alonso və Lyuis Həmilton, Ferstappeni bir az əsəbiləşdirə bilərlər, çünki ikisinin yaşının cəmi 80-dən çoxdur”.

Qeyd edək ki, sözügedən iki sürücü dünən Maks ilə podiumu paylaşıblar. Bu, cari mövsümdə üçlünün birlikdə yüksəldiyi ikinci podiumdur. Karyeralarında isə bu hal 3 dəfə olub – 2021-ci ildə Qatarda da bu 3 sürücü finişi ilk 3 yerdə keçmişdi.

Fernando cari mövsümdə 8 yarışda 6 dəfə podiuma yüksəlib, Lyuis isə 3 dəfə bu uğura imza atıb. Ferstappen çempionatda lider, Alonso və Həmilton isə müvafiq olaraq, üçüncü və dördüncü yerlərdədirlər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*