Marko: Horneri saxlamaq üçün milyonlar ödədik

Helmut Marko Blick-ə verdiyi müsahibədə Mattia Binottoya əvəzləyici axtardıqları Ferrari-dən səxavətli təklif alan komandanın lideri Kristian Horner və texniki direktor Ədrian Nyuini komandada saxlamağın ötən il nə qədər çətin olduğunu bildirib.

F-1.az xəbər verir ki, danışıqlar 2022-ci ildə Kanada Qran Prisi zamanı aparılıb.

Helmut Marko: “Horneri Red Bull-da qalmağa inandırmaq üçün bütün gecəni danışdım. Bu, bizə milyonlara başa gəldi”.

Hornerin qalmasına və Nyuinin isə bu yaxınlarda Milton Kins komandası ilə yeni uzunmüddətli müqavilə imzalamasına baxmayaraq, digər əsas texniki işçilər Red Bull-u tərk edib və ya tərk etmək üzrədirlər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*