Marko: Görünür, Saynsın müqaviləsində xüsusi bir şərt var

Helmut Marko Karlos Sainsın Williams-la müqaviləsində daha cəlbedici təklif alacağı təqdirdə Britaniya komandasından ayrıla biləcəyinə dair bir maddənin olduğuna işarə edib.

F-1.az xəbər verir ki, Sains altı ay ərzində Williams, Sauber/Audi və Alpine-dən təkliflər alaraq özü üçün ən uyğun variantı seçib və nəhayət, qərarını verib. Onun Qrouv komandası ilə çoxillik müqaviləsi Belçika Qran Prisindən dərhal sonra elan edilib, lakin Williams ilə razılaşmasında vaxtından əvvəl ləğvetmə şərtlərinin olduğuna dair şayiələr dərhal yayılıb.

Məhz buna görə komanda rəhbəri Ceyms Vavlz bu cür söhbətlərə tez reaksiya verərək onları spekulyasiya adlandırıb: “Dünyada cəmi 10 nəfər müqavilədə nə yazıldığını dəqiq bilir. Cəmi on nəfər. Və mən zəmanət verirəm ki, bu siyahıda mətbuat nümayəndələrindən heç kim yoxdur. Müqavilənin təfərrüatını Karlos tərəfi və mən bilirəm. İnternetdə oxuduğunuz hər şey spekulyasiyadan başqa bir şey deyil”.

Lakin Red Bull şirkətinin avtoidman məsləhətçisi Marko Speedweek nəşrində keçmiş pilotunun yeni müqaviləsi ilə bağlı vəziyyəti öz tərəfindən şərh edib: “Karlosun niyə Williams-a keçməyə qərar verdiyi aydındır – onun başqa hansı alternativləri var idi? Sauber/Audi-nin “uğurlarına” baxsaq, bu komandanı növbəti il üçün nəzərə almağa dəyməz.

Alpine-ə gəlincə, onların 2025-ci ildə, yoxsa 2026-cı ildə Mercedes mühərriklərini alacaqlarını bilmirik. Buna görə də mən deyərdim ki, bu vəziyyətdə Williams ən yaxşı həldir. Əlbəttə ki, Saynsın Ferrari-də ən yaxşı mövsümünü keçirməsinə baxmayaraq, top komandada yer ala bilməməsi bir növ faciədir.

Bununla belə, Williams inkişaf edir və onların yaxşı mühərrikləri var. Görünür, müqavilədə Karlosa Mühəndislər Kubokunda daha yüksək yer tutan komandadan təklif alacağı təqdirdə ayrılmağa imkan verən bir şərt var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*