F-1.az xatırladır ki, hətta onun növbəti yarışa qədər əsas sürücü statusunu itirəcəyi də deyilir. Bəzi mənbələr isə niderlandlı sürücüyə daha 3 yarışlıq şans verildiyindən bəhs edir.
Sözügedən məsələyə Red Bull-un idman məsləhətçisi, hər iki komandaya sürücü təyinatında hər zaman vacib rola malik olan Helmut Marko da münasibətini bildirib: “Lazım gələrsə, gənc pilotlarımızın köməyinə müraciət edəcəyik. Xüsusilə, söhbət Lyam Louson və Ayumu İvasadan gedir. Rikkardonun namizədliyi nəzərdən keçirilmir”.
Beləliklə, təcrübəli mütəxəssis Daniel Rikkardonu bu il yenidən əsas sürücü kimi görməyəcəyimizi bildirmiş olub. Xatırladaq ki, ESPN resursu da bu iddia ilə çıxış etmişdi və onların dedikləri öz təsdiqini tapır. Resurs Nikin yerinə Lyamın gələcəyini də bildirib…