F-1.az xəbər verir ki, qarşıdan gələn dəyişikliklərin versiyası Almaniyanın nüfuzlu Auto Motor und Sport nəşrində açıqlanıb və dünən Bəhreyndə Red Bull-un avtoidman üzrə məsləhətçisindən bu məsələyə şərh verməsi xahiş olunub.
Helmut Marko: “Bunların hamısı haradansa yayılan şayiələrdir, ona görə də biz onlara reaksiya vermirik. Qərar qəbul olunarsa, bu, şirkətin səhmdarları tərəfindən veriləcək. Onlar AlphaTauri-nin Mühəndislər Kubokunda 9-cu yerə geri düşməsindən narazıdırlar, bu, başa düşüləndir.
Əgər bir tərəfdən Red Bull kimi dünya çempionatında qalib gələn komandanız varsa, digər tərəfdən isə onun törəməsi AlphaTauri 9-cu yeri tutursa, deməli, onların qarşılıqlı əlaqəsi istənilən sinerji effekti vermir. Belə bir vəziyyətdə təbii ki, müəyyən nəticələr çıxarmaq olduqca normaldır və səhmdarlar onların hesaba çəkilməsini tələb edirlər”.
2022-ci ildə AlphaTauri Mühəndislər Kubokunda sondan əvvəlki, 9-cu yeri tutub, baxmayaraq ki, bundan əvvəlki il mövsümü komanda sıralamasında altıncı yerdə bitirmişdi.