F-1.az xəbər verir ki, onun Red Bull-da keçmiş komanda yoldaşı Mark Vebber hesab edir ki, dördqat dünya çempionu hələ də Formula1-də yarışa bilər.
Mark Vebber: “Düşünürəm ki, Sebastyan ayrılmaq üçün düzgün anı seçdi, amma bəlkə də bir az tələsdi, çünki o, hələ də böyük pilotdur. Sevinirəm ki, Sebastyanın gözəl karyerası olub və sağlam qalıb. Karyerasının əvvəlində bəzi düşünülməz hərəkətləri oldu, amma ən yaxşı günlərində çox şeyə qadir idi. Formula1-də onun üçün darıxacaqlar – dördqat dünya çempionları unudulmur.
Karyerasının əvvəlində bizim münasibətlərimiz elə də yaxşı deyildi! Onunla birlikdə podiumlara qalxdım, amma mövqelərin bölgüsü, belə deyək ki, bəzən kifayət qədər mübahisəli olurdu.
İllər keçdikcə Sebastyan dəyişdi və özü ilə idmana çox şey gətirməyə başladı – bu, karyerasının əvvəlində onun üçün xarakterik deyildi. Nəinki gözəl nəticələr əldə etdi, həm də idman üçün daha çox şeylər etdi. Sebastyanın qarşısında baş əyirəm”.