F-1.az xatırladır ki, Kimi Rəykkönen qış testlərində 79 saniyənin altına düşən yeganə sürücü olmuş, onun həmyerlisi Bottas isə Həmiltonun tempinə cavab verə bilmişdi.
Mark Uebber: “Son Dünya Çempionu Rosberqin bizimlə olmaması məyus edir. Niko ailəsi və dostları ilə öz həyatını yaşamağı seçdi. Mən də elə etdim və belə daha əyləncəlidir.
Çempionluq uğrunda mübarizə Həmiltonla Fettel arasında keçəcək. Bu mübarizəyə Rikkardo ilə Ferstappeni də əlavə edə bilərik. Bottas Mercedes-ə yeni qoşulub və çempionluq uğrunda mübarizə apara biləcəyinə əmin deyiləm”.