F-1.az xəbər verir ki, ilin əvvəlində Maykl Andretti F1-ə gələcəkləri təqdirdə bunu Cadillac-la edəcəklərini açıqlayıb.
Mark Royss: “Mən güman etməyə hazıram ki, nə vaxtsa General Motors belə bir qərar verərdi və mənim karyeramın illərində şirkət Formula1-ə gəlmək arzusunda ola bilərdi. Əvvəllər müxtəlif səbəblərdən bunu etmək çətin idi.
Bilmirəm, bəlkə də bu, əvvəlki idarəçiliklə, yüksək xərclərlə, şirkətin iqtisadi durumu ilə bağlı idi – uzun müddət üçün səbəblər çox fərqli ola bilərdi.
Ancaq vurğulamalıyam ki, biz Maykl Andretti ilə bağlı olan bu fürsəti çox vacib hesab edirik. Deməzdim ki, biz fəal şəkildə belə bir fürsət axtarırdıq, amma Maykl bizə yaxınlaşanda mən şəxsən sadəcə yeddinci göydə idim. Hər şeyin nəticə verməsi çox gözəldir”.
GM-in müxtəlif bölmələrinin artıq öz yarış proqramları var, xüsusən də Cadillac idman prototipləri dözümlülük yarışlarında müntəzəm iştirak edirlər və 2023-cü ildən bu, təkcə Amerika İMSA seriyası deyil, həm də WEC olacaq və Chevrolet İndyCar komandaları üçün mühərriklər təchiz iki şirkətdən (digəri Honda) biridir. Bir çox NASCAR sürücüləri də Chevrolet idarə edirlər.