Mark Mateşiç Avropanın ən zəngin millenialıdır

Keçən ilin oktyabrında dünyasını dəyişən Ditrix Mateşiçin sərvətinin yeganə varisi Mark Mateşiç 30 yaşlı nəslin Avropada ən zəngin nümayəndəsi elan olunub və varlı millenialların dünya reytinqində 4-cü pilləni tutub.

F-1.az xəbər verir ki, sosiologiya və demoqrafiyada millenial təxminən 1981-1996-cı illərdə doğulandır.

Kiçik Mateşiçin indi 30 yaşı var və onun sərvəti az qala əlli milyard avro, daha dəqiq desək, 47.5 milyard avro dəyərində qiymətləndirilir. Planet miqyasında bu göstəricidə ondan yalnız Facebook-un qurucusu Mark Zukerberq, Çinin ByteDance İT korporasiyasının yaradıcısı Çjan İmin və Walmart pərakəndə imperiyasının varisi Lukas Volton öndədirlər.

Mateşiç atasından Red Bull-un 49%-ni, Sakit Okeandakı Fici arxipelaqındakı bütöv bir adanı, eləcə də iki Formula1 komandası – Red Bull Racing və AlphaTauri də daxil olmaqla müxtəlif ölkələrdə çoxlu dəbdəbəli mülkləri miras alıb. Siyahıda başqa idman aktivləri də var – məsələn, Avstriyanın Red Bull Zaltsburq və Almaniyanın Red Bull Leyptsiq futbol klubları.

Mark Mateşiç atasının ölümündən əvvəl artıq həm sərinləşdirici içkilər, həm mineral su, həm də pivə istehsal edən Thalheimer Heilwasser adlı şəxsi şirkətə sahib idi. Onun Red Bull-dakı hazırkı roluna gəlincə, əgər o əvvəllər şirkətin bölmələrindən biri olan Organics-ə rəhbərlik edirdisə, indi isə sadəcə olaraq onun əsas səhmdarlarından biridir.

O, evli deyil, hələ övlad sahibi olmayıb və Avstriya tabloidləri onun məşhur Swarovski imperiyasının varisi, müğənni və teleaparıcı Viktoriya Svarovski ilə münasibətlərindən tez-tez yazır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*