Mark Markes mövsümə sürpriz poulla başlayıb

Dünən Portuqaliyanın Portimao şəhərciyində Alqarve avtodromunda növbəti mövsümü başlayıb.

F-1.az xəbər verir ki, dünən sürücülər trasda iki sərbəst yürüş keçirdikdən sonra bu gün sonuncu məşqlərə çıxıblar. Bu ildən hər bir yarışı şənbə günü sprint yarış müşayiət etdiyi üçün şənbə günü sürücülər cəmi bir sessiya məşqlərdə çalışırlar.

Sıralanma turu isə hamını təəccübləndirib. Honda komandasından Mark Markes nə mövsümöncəsi testlərdə, nə də arxada qalan 3 məşqdə yaddaqalan nəticə göstərə bilməyib. Mübarizəyə ilk sessiyadan başlayan Markes qrupda hamını üstələyib və bu ildən Aprilia-nın yeni törəmə komandası CryptoDATA RNF-də yarışan Miqel Oliveyra ilə son sessiyaya keçib.

Finalda isə 6 qat dünya çempionu son cəhdində yenə də protokolların ilk sətrinə yüksəlib – Markes bu dəfə keçənilki çempion Françesko Banyayanı (Ducati) üstələyib. İki çempionu cəmi 0.064 saniyə ayırıb.

İlk cərgəni iki çempionla Pramac-dan Xorxe Martin bölüşəcək. İkinci cərgədə isə Miqel Oliveyra ilə yanaşı onu bu il KTM-də əvəz etmiş Cək Miller və çempion komandaya bu il keçmiş Enea Bastyanini yer alacaqlar.

Yamaha-dan ən yaxşı nəticəni Fabio Kuartararo göstərib – 2021-ci ilin çempionu ən yaxşı cəhdində 11-ci nəticə göstərə bilib.

Bir daha xatırladaq ki, Bakı vaxtı ilə saat 19:00-da tarixin ilk sprint yarışı keçiriləcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*