Mario Andretti Mik Şumaxerə inanır

Mik Şumaxer 2023-cü ili Mercedes-də ehtiyat sürücülər skamyasında keçirəcək, lakin ən yaxşı komandalardan birində ehtiyat pilot kimi xidmət etmək işsiz qalmaqdan yaxşıdır.

F-1.az xəbər verir ki, yeddiqat dünya çempionunun oğlu yarışa qayıtmaq arzusundadır və əfsanəvi amerikalı sürücü Mario Andretti Almaniyanın RTL telekanalına müsahibəsində Mikin uğur qazanacağına şübhə etmədiyini bildirib.

Mario Andretti: “Əminəm ki, kimsə onu dəvət edəcək. Belə istedadlar sadəcə səhnəni tərk etmirlər. Düşünürəm ki, ötən mövsüm Mik çox şey öyrəndi, bu, heç bir sual doğurmur və onun nəticələrindən də görünür. Ümumiyyətlə, Şumaxer adının özü qələbələrlə bağlıdır. Onun qürurla bu soyadı daşıdığna şübhəm yoxdur”.

Andretti şübhə etmir ki, Mercedes komandası ötən mövsümdəki uğursuzluqlardan sonra əvvəlki mövqelərinə qayıtmaq üçün hər şeyi edəcək: “Ehtimal etmək lazımdır ki, onlar kompensasiya almaq üçün hər cür səy göstərəcəklər və əvvəllər də buna həmişə nail olublar.

Təsəvvür edin ki, bu il üç komanda qələbə üçün mübarizə aparacaq və bəzən dördüncü komanda, məsələn, McLaren onların mübahisəsinə müdaxilə edəcək. Və ya Aston Martin, komanda yeni bazanı bitirməkdədir və Fernando Alonso indi komandada yarışacaq, komanda hər şeyi bir araya gətirə bilsə, çox güclü olacaq”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*