Marino Sato dözümlülük yarışlarına keçir

Marino Sato gənclər arasında Formula2 çempionatında üç mövsümdən çox keçirdikdən dözümlülük yarışlarında gücünü sınamaq qərarıan gəlib: 23 yaşlı yaponiyalı sürücü Avropa Le Man Seriyasında (ELMS) Zek Braunun United Autosports komandasında çıxış edəcək.

F-1.az xəbər verir ki, ELMS-də Sato LMP2 kateqoriyasında United Autosports ekipajlarından birində Fil Hanson və Oliver Carvislə birlikdə yarışacaq.

Satonun Formula2 karyerası uğurlu olmayıb: 81 yarışda start alsa da, cəmi beşində xal qazanıb, ən yaxşı nəticələri isə 8-ci yerlər olub – o, dörd dəfə bu səviyyəyə yüksəlib, lakin sıralanma turlarında heç vaxt ilk 10-luğa düşə bilməyib. Qeyd edək ki, Sato heç də zəif olmayan Campos, Trident və Virtuosi kimi komandalarda çıxış edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*