F-1.az xəbər verir ki, Mari 2020-ci ildə İspaniya Formula4 çempionatında bu komanda ilə formulalarda debüt etmiş və həmin mövsüm üç qələbə qazanaraq vitse-çempion olmuşdu.
Daha sonra Mari Avropanın Formula Regional çempionatına keçib, lakin bu dəfə Niderlandın digər təmsilçisi – Van Amersfoort Racing komandası ilə işləyərək o qədər də uğur qazana bilməyib. Cari mövsümü eyni çempionatda əvvəlcə ART GP, ikinci yarısında isə yenidən MP Motorsport komandaları ilə yarışıb. Görünür MP Motorsport sürücünün çıxışından razı qaldığı üçün onunla yüksək liqaya müqavilə bağlayıb.
Mari Boya: “Bu qış karyeramda növbəti böyük addıma hazırlaşacağımı bilmək çox xoşdur – mən MP Motorsport ilə F3-ə keçməyə hazırlaşıram. Bu komanda ilə bunu bacarmağım yaxşıdır, çünki biz 2020-ci ildə və son aylarda çox yaxşı işləmişik.
Şübhə etmirəm ki, F3-də debüt mövsümüm üçün onlarla müqavilə imzalayaraq düzgün seçim etmişəm və artıq ən yaxşı komandalarla mübarizə aparmağı səbirsizliklə gözləyirəm. Bəhreyndə keçiriləcək bu çempionatın ilk mərhələsini səbirsizliklə gözləyirəm”.
Boya artıq sentyabr ayında Xeresdə keçirilən F3 testlərində MP Motorsport maşınını sınaqdan keçirib.