Biz artıq xəbər vermişdik ki, Red Bull komandasının başçısı Kristian Horner Maranelloya gizli səfər edib, amma bu gün İtaliya mətbuatı bildirib ki, britaniyalı Ferrari-nin bazasına heç də iş yeri barədə danışıqlar aparmağa gəlməyibmiş. Autosprint portalı xəbər verib ki, çərşənbə günü Ferrari-nin prezidenti Luka di Montedzemolonun Red Bull komandasının başçısı Kristian Hornerlə, McLaren komandasının başçısı Martin Uitmarşla və Mercedes AMG komandasının qeyri-icraçı direktoru Niki Lauda ilə yeni mövsümdə gəlirlərin bölüşdürülməsi üzrə müzakirəsi olub.
Yeni Razılıq Müqaviləsi hələ də imzalanmayıb, amma çempionat rəhbərliyi ilə əldə olunan maliyyə razılaşmasına görə bu il komandaların yayımdan gəlir payı 50%-dən 60%-ə artırırlıb, bundan başqa Ferrari, Red Bull, McLaren və Mercedes AMG kimi top-komandalar əlavə konkret məbləğ alacaqlar. Amma bu razılaşmaya üçüncü tərəf olan FİA öz imzasını atmayıb – FİA-nın öz marağı var: çempionatdan 40 milyon dollar tələb edir (25 milyon dolları Berni Ekklstoun, 15 milyon dolları komandalar ödəməlidirlər).
Komandaların FİA-ya ödəməli olduqları məbləğ əvvəlki mövsümdə qazandıqları xaldan asılıdır, bunun əvəzində FİA çempionat iştirakçılarına müxtəlif xidmətlər təklif edəcək. Komandalar bu şərtlərlə əvvəl razılaşmışdılar, amma bunun müqabilində federasiyadan məsrəflərə müstəqil nəzarət tələb olundu. Nəticədə danışıqlar nəticəsiz qaldı, ona görə də Mercedes AMG və McLaren komandaları yalnız topladıqları xaldan asılı olmayan üzvlük haqlarını ödəyiblər…