F-1.az xəbər verir ki, danimarkalının fevralın 23-də Bəhreyndə başlayacaq Formula1 qış testlərinə tam hazır olacağı gözlənilir, lakin onun Daytonanın 24 Saatlıq marafonunda iştirakı şübhə altındadır.
Kevin Maqnussen: “Biləyim ağrıdı, müayinə etmək üçün həkimə getdim və o, Formula1 mövsümü üçün tam sağalmağım üçün çıxarılmalı olan kista tapdı. Bu, təhlükəsiz prosedurdur, amma ondan sonra yəqin ki, bir neçə həftə dincəlməli olacağam. Həkimlərin nə deyəcəyini görəcəyik, amma Daytonada çıxış edə bilməyəcəyəm”.
Haas məsələ ilə bağlı qısa rəsmi açıqlama yayıb: “Kevin Maqnussen komandanı qarşıdan gələn kiçik əl əməliyyatı haqqında məlumatlandırıb. Mövsümöncəsi testlərin başlanmasına qədər onun yüksək formada olmasını səbirsizliklə gözləyirik”.