Maqnussen və De Friz yarışa pit yolundan başlayacaqlar

Haas komandasının sürücüsü Kevin Maqnussen və AlphaTauri komandasının sürücüsü Nik de Friz maşında dəyişikliklər etdikləri üçün yarışa pit yolundan başlayacaqlar.

F-1.az xatırladır ki, Maqnussen və De Friz yarışa son iki yerdən başlayacaqdılar. Buna görə də hər iki komanda da maşında dəyişiklik edərək, qapalı park qaydalarını pozublar.

Haas komandası danimarkalı sürücünün maşınında sazlanmaları dəyişdiyi üçün cərimələnib.

De Frizin maşınındakı dəyişikliklər isə daha çox idi. AlphaTauri düzlüklərdəki problemə görə niderlandlı sürücünün maşınında başda arxa qanad olmaqla əksər detalları dəyişdirib. Dəyişikliklərdən biri də asılqanda olan sazlanma dəyişikliyidir.

AlphaTauri bundan başqa yeni batareya və elektronik idarəetmə blokuna keçib. De Friz güc qurğusundakı dəyişikliklərə görə cərimələnəcəkdi, amma yarışa pit yolundan başladığı üçün problem olmayacaq.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*