Maqnussen cərimələnməyib

Sıralanma turunun birinci sessiyasında danimarkalı sürücü 17-ci döngədə Lyuis Həmiltonun maşınının qarşısında gözlənilmədən sürəti azaldıb.

F-1.az xəbər verir ki, Lyuis toqquşmadan son anda yayına bilib. Mayami Qran Prisinin stüardları insidenti araşdırıblar və heç kəsi cəzalandırmayıblar.

Sürücülərlə baş verənləri müzakirə etdikdən sonra onlar hər ikisinin yavaş dövrədə olduğunu, başqa bir yavaş maşının Kevindən qabaq getdiyini bildiriblər və vəziyyətin potensial təhlükəli olmadığı qənaətinə gəliblər.

Xatırladaq ki, bu gün Lyuis Həmilton yarışa xeyli gerilərdən – 13-cü yerdən başlayacaq. Keçən il Braziliyada poulu qazanan Kevin Maqnussen isə bu il komanda üçün hələ ki, ən yaxşı mövqe olan 4-cü yerdən start alacaq. Danimarkalı sürücünün belə yüksək mövqedə qərarlaşmasında Şarl Leklerin son dəqiqələrdəki qəzası vacib rol oynayıb…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*