Gülhüseyn Abdullayevdən daha bir qələbə!

Ölkəmizi beynəlxalq yarışlarda dəfələrlə uğurla təmsil etmiş həmyerlimiz, eyni zamanda Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Formula1 üzrə Avropa Qran Prisinin rəsmi elçilərindən biri olan Gülhüseyn Abdullayev daha bir uğura imza atıb.

F-1.az xatırladır ki, bu mövsüm ilk dəfə mübarizə aparacağı EuroFormula Open seriyasına hazırlıq məqsədilə yanvarın sonunda Dubayda Formula Gulf 1000 yarışının eyni gündə keçirilən 7-ci və 8-ci mərhələlərinə qoşulmuş, müvafiq olaraq 3-cü və 1-ci yerləri tutmuşdu.

O, bu gün sözügedən seriyanın növbəti – 9-cu və 10-cu mərhələlərində mübarizə aparıb. Hər 2 yarış üçün nəzərdə tutulmuş vahid sıralanma mərhələsində həmyerlimiz danimarkalı Kato Poulsendən sonra 2-ci olub.

Gülhüseynin 2-ci olduğu 12 dövrədən ibarət ilk yarışda Kato Poulsen 1-ci, Səduiyyə Ərəbistanını təmsil edən Ömər Qazzaz isə 3-cü olub.

Həmyerlimiz növbəti – 10-cu yarışda isə hər kəsi üstələyib. Bu yarış da 12 dövrədən ibarət olub. Gülhüseynin finişi 1-ci keçdiyi yarışda Kato Poulsen 2-ci, Ömər Qazzaz da 3-cü olub.

Qeyd edək ki, o, gələn həftə EuroFormula Open Winter Series-də mübarizəyə başlayacaq.

Gülhüseyni təbrik edir, gələcək yarışlarında uğurlarının davamını arzulayırıq!

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*