Manor-un bir həftə vaxtı var…

Manor-un Melburnda mövsümün ilk yarışına qatılmaq şansı var. Lakin bunun üçün komanda yanvarın 20-nə qədər yeni sərmayədar tapmalıdır.

F-1.az xəbər vermişdi ki, Manor-un başçısı Stiven Fitspatrikin komandanı satmaq cəhdləri uğursuzluqla nəticələnmiş, komandaya xaricdən idarəetmə tətbiq olunmuşdu. Ceff Rouli və Fil Armstronq xaricdən idarəçilər təyin edilmişdilər.

Komandanın gələcəyi ilə bağlı danışıqlar aparılsa da, zaman tükənir. Bütün maliyyə problemlərinə baxmayaraq, yeni maşının istehsalı üçün hər şey hazırdır, amma onlar istehsala başlaya bilməzlər. Çünki xaricdən idarəçilər kreditorların maraqlarının müdafiəsi üçün komandanın bütün xərclərinə qadağa qoyublar. Vəziyyətlə tanış olan mənbənin məlumatına görə, Manor yanvarın 20-nə qədər yeni sərmayədar tapmalıdır. Həmin tarixə qədər bu baş verməzsə, onlar yeni maşının hazırlanmasına başlaya bilməyəcəklər. Bu halda da, komanda ilk yarışı buraxmalı olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*