Manor sürücüləri: “Montsada hədəfimiz 3-cü seansdır”

Formula1-də 2010-cu ildən etibarən iştirak edən komandanın pilotları sıralanma turunda 3-cü seansa heç vaxt keçməyib.

F-1.az xəbər verir ki, komandanın pilotları Paskal Verlyayn və Esteban Okon bu həftəsonu Montsada 2-ci seansa asanlıqla yüksələcəklərini, hədəflərinin isə 3-cü seans olduğunu bildiriblər.

Paskal Verlyayn: “Spada ilk seansda 9-cu idim. Lakin təəssüflər olsun ki, 2-ci seans üçün SuperSoft təkərim qalmadı. Hiss edirdim ki, 3-cü seansa keçə bilərəm. Spaya bənzər tras olsa və hər şey qaydasında getsə, bunu edə bilərik. Spada yeganə problem o oldu ki, cəmi 5 dəst SuperSoft təkərim var idi. Burada isə 7 dəst var. Keçən həftəylə müqayisədə daha yaxşı vəziyyətdəyəm”.

Esteban Okon: “Bizim üçün mövsümün ən yaxşı yarışı ola bilər. İkinci seansa keçəcəyimizə əminəm. Bəlkə 3-cüyə də keçə bilərik. Yarışda da güclü ola bilərik. Düzlüklərdə sürətimiz yaxşıdır və müdafiə oluna bilərik”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*