F-1.az bildirir ki, Fitspatrik bir neçə ay idi ki, yeni bir sərmayədarla müqavilə bağlamaq istəyirdi və son günlərdə çıxan xəbərlər müqavilənin bağlanmağa yaxın olduğu yönündə idi.
Stefen Fitspatrik: “Detallar barədə çox danışa bilmərəm, amma bir neçə investorla danışıqlar aparırdıq. Ən azı 6 ay idi ki, danışıqlar davam edirdi. Əvvəlcədən çox şey barədə açıq danışdım. Formula1-də yaxşı pulun olmalıdır ki, performans göstərə biləsən. Buna görə də, komandaya daha çox pul keçirərək, inkişafa kömək edəcək investorlarla danışıqlar apardım.
Hazırda yeni bir investorla razılığa gəlmişik və üzərində işləməyə davam edirik. Detallar barədə danışa bilmərəm”.
Fitspatrik əlavə edib ki, Braziliyada 10-cu yeri əldən vermələri danışıqlara pis təsir edib, amma nəticə dəyişməyib: “Müqavilə pozulmadı. Daha vacibi isə mövsüm hələ də bitməyib. Bu gün çox güclü görünürük və növbədə bir yarışımız var”.