Manor P.Frayı da öz sırasına qatıb

Manor komandası yeni mövsüm ərəfəsində texniki heyətini gücləndirməkdə davam edir...

F-1.az xatırladır ki, 10 gün əvvəl Manor komandası Ferrari-nin keçmiş konstruktoru Nikolas Tombasisi aerodinamika şöbəsinə başçı təyin etmişdi. Bu gün isə komanda Ferrari-nin keçmiş baş mühəndisi Pət Frayı da öz heyətinə qatıb – Fray bu il komandanın texniki məsləhətçisi kimi çalışacaq…

Deyv Rayan, komandanın yarış direktoru: “Bizim bəxtimiz gətirdi ki, Pət bizim komandaya qoşuldu – texniki tərəfdaşlarımızla iş zamanı onun məsləhətlərinə çox ehtiyacımız olacaq. Barselona testlərində maşından lazımi sürəti almalıyıq, sonra Melburnda həmin sürəti təsdiq etməliyik. Biz əmin olmalıyıq ki, builki mövsümə yaxşı başlamaqla mövsümün ilk yarısında maşının modernizəsi üçün yaxşı təməl qurmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*