Manor mövsümə köhnə maşınlarla başlamaq istəyir

Manor komandasının vəziyyəti barədə biz artıq xəbər vermişdik, amma günü-gündən komandanın vəziyyəti daha da ağırlaşır.

Son xəbərlərə görə, FİA komandaya mövsümün əvvəlində keçənilki maşınların yeni reqlamentə adaptasiya olunmuş versiyasından istifadə etməyə icazə veribmiş, amma vəziyyət dəyişdiyi üçün artıq bu da kifayət eləmir. Almaniyanın Auto Motor und Sport resursunun bildirdiyinə görə, potensial investorlarla danışıqları uğurla başa vurmaq şansını artırmaq üçün komanda FİA-dan xahiş edib ki, ilk 3 yarışda keçənilki maşınlardan istifadə olunsun.

F-1.az xatırladır ki, komanda hazırda yeni şassini hazırlaya bilmir – çünki kreditorların maraqlarını qorumaq üçün komandanın bank hesabları dondurulub. Maşın olmadan komanda çempionatda çıxış edə bilməz – bu isə investorların maraqlarını kəskin azaldır. Bu bağlı çevrəni FİA-nın və yerdə qalan on komandanın mövsümün əvvəlində köhnə maşınlarla yarışmaq icazəsi qıra bilər.

Əgər belə bir icazə almaq olarsa, onda digər komandaların yeni maşınları ilə Manor-un heç keçən il güclü olmayan maşınları arasında sürət fərqi çox böyük ola bilər. Bu halda komandanın yarışda iştirakı sıralanma turunun 1-ci sessiyasında 107%-lik həddi keçməyi ilə müəyyən olunacaq – inanmırıq ki, stüardlar komandanın maşınlarını starta buraxsınlar…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*