P.Verlyayn 2017-ci ildə Manor-da qalacaq?

Paskal Verlyayn önümüzdəki həftələr ərzində aparılacaq danışıqlardan sonra gələn il harada yarışacağını öyrənəcək.

F-1.az xatırladır ki, alman sürücü Formula1 də bu mövsüm debüt edib və ilk xalı Avstriya Qran Prisində qazanıb. Adı Force İndia və Haas komandaları ilə yanaşı çəkilən Paskalın gələn mövsüm Mercedes AMG-nin tərkibində yarışmaq ehtimalı yoxdur.

Paskal Verlyayn: “Toto Volffla oturub gələn mövsüm nə edəcəyimi müzakirə edəcəyik. Danışıqlar da o vaxt başlayacaq. Sentyabrda gələn illə bağlı qərarı öyrənəcəyik. Mövsümün qalan yarışlarında da Spilberqdə olduğu kimi, əlimə keçən fürsətlərdən istifadə edib xallar qazanmaq istəyirəm. Əgər mövsümü 10-cu yerdə tamamlasaq, daha çox pul mükafatı alacayəq və bu da bizə daha böyük addımlar atmaqda kömək edə bilər. Gələn il daha yaxşı vəziyyətdə ola bilərik. Burada mümkün qədər çox şey öyrənmək və komandanın inkişafına kömək etmək istəyirəm.

İlk 12 yaarışdan sonra 10-cu yerdəyik. Əlimizdən gələnin ən yaxşısını etmişik. Mən elə buna görə buradayam. Əlbəttə, hər zaman daha yaxşısını etmək mümkündür. Amma komanda olaraq çox yaxşı işlədiyimizi düşünürəm. Daha çox işləməliyik. Mövsümü Sauber-in önündə tamamlamaq istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*