Manor komandası Mercedes-in aerodinamik borusundan istifadə edəcək

Manor komandası Mercedes ilə bağladığı müqaviləyə əsasən? almanların aerodinamik borusundan istifadə edəcək...

F-1.az xatırladır ki, Manor komandası Paskal Verlyayn üçün 15 milyon avro istəyirdi, ancaq Mercedes Paskala görə Manora 5 milyon Avro ödəyib. Manor həm də almanların aerodinamik borusundan da istifadə edəcək.

Xatırladaq ki, Mercedes 2016-cı ildə Manoru mühərriklərlə təmin edəcək.

Mercedes-in avtoidman şöbəsinin direktoru Toto Volff bu barədə fikirlərini bildirib: “Manor-un bizim ikinci komandamız olması doğru deyil. Sadəcə Paskal Verlyayna görə bizim aerodinamik borumuzdan istifadə edəcəklər”.

Ferrari və Haas komandalarının aralarındakı əlaqənin Mercedes və Manor arasında olub-olmayacağına Toto belə cavab verib: “Vəziyyətə baxacayıq. Bütün ehtimallara açıq olmalıyıq. Qaydalarda iki komandanın bir yerdə işləməsinə icazə verilib-verilmədiyinə baxmalıyıq.

Ferrari Haas ilə ortaqlıq edərək, ağıllı addım atdı. Əgər onlar yaxşı performans göstərsələr, deməli, doğru addım atıblar”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*