F-1.az xəbər verir ki, Manor 2016-cı il üçün yeni şassi hazırlayıb. Komanda növbəti mövsümdə Mercedes mühərrikləri ilə təchiz olunacaq və Williams-dan texniki dəstək alacaq.
Komandanın rəsmi tvitter bloqundan yazılıb: “Bu gün sonuncu çarpma testindən də keçdik. Artıq deyə bilərik ki, tamamilə təsdiq olunmuş maşınımız var. Növbəti dayanacaq Barselonadakı mövsümöncəsi testlərdir”.
Artıq xəbər verdiyimiz kimi, Ferrari komandasının keçmiş baş konstruktoru Nikolas Tombasis də komanda ilə müqavilə imzalayıb. O, komandanın aerodinamika şöbəsinə başçılıq edəcək.
Komanda növbəti mövsüm üçün sürücülərini hələ də açıqlamayıb…